BolgeXeber.Com » Media » Məhkəmə vastəsi ilə edilən dilənçilik

Məhkəmə vastəsi ilə edilən dilənçilik

3-10-2012, 20:10
Oxunub: 4 127 "Azərsell"dən gəlirəm. Sel yuyub aparsın onları. Məni məhkəməyə verərək iddia edir ki, mən 050-283-38-72 nömrəli telefondan zəng etmişəm və pulunu da verməmişəm. Sən demə mən "Azecell"-ə 35 manat 25 qəpik ziyan vurmuşam. Lap müflis etmişəm onları deyəsən.

Anlamadığım bir şey var. Məhkəmə qərarı mənim xəbərim olmadan necə çıxarılıb?

Artıq 10 ildir ki, sim nömrə işlədirəm. Məhkəmədən isə mənə dedilər ki, siz də onları məhkəməyə verin sizə dəyən mənəvi ziyanın qiyməti də 1000 manatdır. Qoy ödəsinlər. Deyirəm yazıqlar durduğu yerdə işə düşdülər. Mənim də əlim aşağı idi. Allah sizdən razı olsun ay işini bilməyən "Azercell" işçisi. Sağ ol. Düzünə qalanda isə bu məsələ məni əməlli-başlı özümdən çıxartdı. Tənbəllik etməyib Razin qəsəbəsində yerləşən Azərselin idarəsinə yaxınlaşdım... Guya bağladığım, müqaviləyə baxdım. İmza mənim deyildi. Çox təəcübləndim. Müqavilə iki şəxs arasında aparılır. Ünvanım və bir də mənim adıma olmayan nömrə...050-483-38-28.. qeyd olunmuşdu.

Onlardan bu nömrəyə zəng edib araşdırma aparmaqlarını da istədim. Ancaq onlar zəng etməyə icazəmiz yoxdur dedilər. Həmin nömrə bu gün işləkdir. Ancaq nədənsə mənim zənglərimə cavab cavab vermədi. Müqavilə təqdim edənin, tək adı yazılıb, İslam.

İslamın nə familiyası var, nə atasının adı, nə telefon nömrəsi, nə pasportunun seriyası. Bu nə müqavilədir hazırlayır Azersell? Onların hüquqşünasları yoxdur? İndiki müqavilələri oxuyanda bilmirsən ağlayasan yoxsa güləsən. Bu müqavilələr hansı savadsız hüquqşünas tərəfindən aparılır?. Nə isə.. Mənəvi ziyanın qiymətini 10 000 etmək lazımdır. Azərselin işçisindən kiminlə danışdığımı bilmək istədiyimi soruşdum. Cavab:- nömrə bağlandığı üçün danışılan bütün nömrələr silinib. Bizdə belə məlumatlar olmur. Özlərinə nə lazımdırsa var. Bəs mən məhkəmədə öz hüququmu necə qoruyacam? Kimlərə zəng vurduğumu necə öyrənəcəm? Axı bu nömrə mənim adımadırsa kimlərlə danışdığımı bilmək hüququm var. Cavab ala bilmədim "Azərsel" şirkətinin sahibinə isə acıdım. Yazıq "Azercell" gündəsən. Yeni qazanc üslubu tapıb. Məçiddə etdikləri kimi bəlkə siz də küçələrə qutu qoyub pul yığasınız? Daha camaaatı niyə incidirsiniz?

Tahirə Ağasıyeva