Azadlıq Radiosunun müxbiri qəzaya düşdü
1-11-2012, 13:25
Oxunub: 5 245
AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcab Məmmədov oktyabrın 30-da avtomobil qəzasına uğrayıb.
Hadisə Lənkəran rayonu ərazisində baş verib. Lerik rayonunda reportaj hazırlamaqdan qayıdarkən VAZ 2105 markalı avtomobil soldan müxbirin sürdüyü maşına çırpılıb:
Müsətəcəb baş verənləri belə təsvir edir:
«Hadisə gözlənilmədən oldu. Mən getdiyim ərazidə avtomobillərin dönməsi və hərəkəti üçün geniş yer var idi. Amma cavan oğlan öz maşınını düz üstümə sürdü və sol tərəfdən maşınımı vurdu. Nəticədə mən xəsarət aldım, avtomobilin sol tərəfi isə tamamilə əzildi.
Maşını tərk edə bilmirdim, qışqırıb, kömək istədikdən sonra gəlib məni maşından çıxartdılar. Hadisə yerinə yığışanlar təcili yardım çağırdılar. Mən isə yol polisinə zəng vurdum. Təqribən 1 saatdan sonra təcili yardım və yol polisi gəldı. Məni hadisə yerindən xəstəxanaya apardılar. Bədənimdə sınıq xəsarətləri olmasa da, daxili orqanlarımda ağrılar var. İndi evdə yatıram».
Müstəcab Məmmədov deyir ki, o, yol polisindən hadisənin araşdırılmasını istəyib:
«Yol polisindən mənə bildirdilər ki, bu işi onlar yox, Lənkəran polisi araşdırır ».
Lənkəran Rayon Polis İdarəsinin baş müstəntiqi Polad Mehdiyev hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Hadisəni sırf yol qəzası kimi qiymətləndirən P.Mehdiyev onu törədən adamın şəxsiyyətinin müəyyənləşdirildiyini də bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də bu məsələnin araşdırdığını təsdiq ediblər.
Müstəcab Məmmədov isə deyir: « Hələ indiyə kimi mənimlə müstəntiq maraqlanmayıb. Səhhətim imkan vermədiyindən, özüm də Lənkəran polisinə gedə bilmirəm».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər