“Gülər Əhmədova çarəsiz durumdadır”
2-11-2012, 20:10
Oxunub: 5 219
"Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin".
Bu sözləri "Yeni Müsavat" qəzetinə açıqlamasında Gülər Əhmədova deyib. G.Əhmədova "Yeni Müsavat"ı ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham edib.
"Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu isə G.Əhmədovanın çarəsiz durumda olduğunu və bunu nəzərə alaraq onun dedikləri ilə bağlı dərinə getmək istəmədiyini bildirdi: "Əgər əlində arqument, fakt, sübut varsa, niyə ortaya qoymur? Mən inanıram ki, onun əlində belə bir fakt yoxdur. Söhbət, müxalifətdən gedir. Sadəcə olaraq bu, özünümüdafiə kimi bir şeydir. Bütün cəmiyyət ondan, onun videosundan danışır, o da sağa-sola hədə-qorxu yağdırır. Bu da bir az gülməli çıxır".
G.Əhmədovanın niyə məhz "Yeni Müsavat"ı ittiham etdiyinə gəlincə, R.Arifoğlu bunun da anlaşılmaz olduğunu deyir: "Bu məlumatlar hər yerdə gedir. Görünür, Gülər Əhmədova daha çox "Yeni Müsavat"a diqqət edir. Yaxud da görünür, bizdən nəsə umacağı var imiş. Bunu ancaq belə izah edə bilərəm". /azadliq.info/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər