“Polislər və jurnalistlərin əməkdaşlığı olmalıdır”
10-11-2012, 09:50
Oxunub: 4 724
Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar.
Trend-in məlumatına görə, bunu şənbə günü "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.
"Elə şərait yaratmalıyıq ki, jurnalistlər məlumatı azad şəkildə əldə etsinlər. Jurnalistlərin də vəzifəsi ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər", - o deyib.
ATƏT-ə üzv olan bir çox ölkələrdə bu mövzuda tədbirlər keçirildiyini deyən nümayəndə qeyd edib ki, istənilən tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır.
Tədbirin Azərbaycan tərəfinin istəyi ilə həyata keçirildiyini deyən xanım Miyatoviç bildirib ki, bu tədbirlərin davamlı olması vacibdir.
"ATƏT-in Media azadlığı üzrə nümayəndəliyi tövsiyələr verir. Bu, həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb. Biz problemləri araşdırmalıyıq", - o deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər