BolgeXeber.Com » Media » Vüsalə Mahirqizi prezident oldu

Vüsalə Mahirqizi prezident oldu

16-11-2012, 13:25
Oxunub: 4 009 v Bu gün “APA Holding” MMC-nin təqdimatı keçirilib. “

Bolgexeber.com xəbər verir ki, təqdimat holdinq haqqında filmin nümayişi ilə başlayıb.

Daha sonra APA-nın baş direktoru, “APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev şirkətin fəaliyyəti və yenilikləri barədə məlumat verib.

N. Quliyev “APA Holding” MMC-nin bu il oktyabrın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib: “Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi MMC (APA), “Lent. az” İnformasiya Agentliyi MMC, “Vesti. az” İnformasiya Agentliyi MMC, “APASport. az” İnformasiya Agentliyi MMC, “Ekonomist” MMC, “APA SERVİS” MMC-lər daxildir”.

Təqdimatda N. Quliyev “APA Holding”in Həmkarlar İttifaqı Komitəsinin yaradıldığını da qeyd edib: “APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəyli kollektivin qərarı ilə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib və Komitənin Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Kollektivin qərarına əsasən, üzvlüklə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət qəbul olunub. “APA Holding” MMC-nin Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul edilib”.

Təqdimatda holdinqin yaradılması ilə əlaqədar, Vüsalə Mahirqizi APA-nın baş direktoru vəzifəsindən azad edilməsi və həmin vəzifəyə Nurşən Quliyev təyin olunması da açıqlanıb.

Bundan əlavə, “APA Holding”in peşə davranış kodeksi qəbul edilib. Kodeks doqquz bənddən ibarətdir. Sənəddə işçilərin peşə, həmçinin müəssisə daxilində davranış qaydaları müəyyənləşib.

Daha sonra “APA Holding”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək qeyd edib ki, 8 il öncə APA yaradılarkən əsas hədəflərdən biri də bir neçə il sonra mətbuat sahəsi üzrə holdinqin yaradılması olub: “Nəhayət ki, həmin arzunu reallaşdıra bildik. Bundan sonra da bu uğurları davam etdirəcəyik. Gələcəkdə oxuculara bir neçə yeni layihə də təqdim olunacaq, lakin əsas brendimiz həmişə APA olacaq. “Lent.az” saytı daha da böyüyəcək, və Azərbaycanın ilk milli portalı olacaq. Oxucular istədikləri informasiya asan şəkildə oradan əldə edə biləcəklər”.

V. Mahirqızı bildirib ki, APA-nın daxilində peşə davranış kodeksinin qəbul olunmasında çox istəkli olub: “Bu, Azərbaycan mətbuatı üçün yenilikdir. Biz belə düşünürük ki, hər bir media orqanın özünün peşə davranış qaydaları olmalıdır”.

Daha sonra V. Mahirqızı onlara dəstək verən hər kəsə, oxuculara, kollektivin hər bir üzvünə təşəkkürlərini çatdırıb.

Təqdimatın sonunda tort kəsilib.

Qeyd edək ki, holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir.