BolgeXeber.Com » Media » “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib
“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib
16-06-2017, 15:01
Oxunub: 3 983
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) iyunun 16-da Bakı şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün) seminarlar keçirilib. Həmçinin, “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait hazırlanaraq çap edilib və seminar iştirakçılarına paylanıb: “Bakıda konfransın keçirilməsi isə, məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir. Çünki, xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.
Media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə məruzə edib. Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUM İB sədri Çingiz Bayramov, “Region+” analitik jurnalının baş redaktoru Namiq Mailov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Təhsil" Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov və digər çıxışçılar “KİV və uşaq hüquqları” mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər