BolgeXeber.Com » Media » Fərahim İlqaroğlunun şikayəti üzrə Daxili İşlər Nazirliyi (DİN) təhqiqata başlayıb
Fərahim İlqaroğlunun şikayəti üzrə Daxili İşlər Nazirliyi (DİN) təhqiqata başlayıb
22-11-2012, 11:40
Oxunub: 6 491
Ramil Usubov jurnalistlə bağlı göstəriş verdi.
Müxalifətin 17 noyabr mitinqində peşə fəaliyyətini yetirən zaman fiziki təzyiqə məruz qalan “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun şikayəti üzrə Daxili İşlər Nazirliyi (DİN) təhqiqata başlayıb. Bu barədə musavat.com-a jurnalist özü məlumat verib. O bildirib ki, DİN-in əməkdaşı polis-polkovniki Asif Qubadov jurnalistin şikayəti üzrə nazir Ramil Usubovun göstərişi ilə təhqiqatın başlanıldığını bildirib. F.İlqaroğlu deyib ki, aparılan təhqiqatla bağlı bu gün Daxili İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, mitinq zamanı döyülən vaxt Fərahim İlqaroğlunun əynində üzərinə “Press” yazılmış gödəkcə olub. Jurnalist nəfəsliyindən zərbə aldığına görə ciddi sıxıntı keçirib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili nazir Ramil Usubova rəsmi müraciət ünvanlayaraq jurnalistin xəsarət alması ilə bağlı məsələni araşdırmağı xahiş edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər