BolgeXeber.Com » Media » Kişiləri başdan çıxaran davranışlar hansılardır?

Kişiləri başdan çıxaran davranışlar hansılardır?

7-12-2012, 09:15
Oxunub: 3 886 Kişiləri cəzb etməyin və özünü sevdirməyin bir neçə üsulu var.

Kişilərin qəlbinə gedən yol mədəsindən keçir
Səhərlər ondan tez yuxudan qalxın və dadlı yeməklər hazırlayın. Ya da şam yeməyinə onun sevdiyi yeməklərdən birini bişirin.

Qeydlər yazın!
Kiçik məktublar və qeydlər kişiləri sevindirir. Odur ki, münasibətləriniz haqqınızda ürəkaçan sözlər yazaraq onun üçün qeydlər yazmağa tənbəllik etməyin. Bu qeydi onun otağında bir tərəfə ya da çantasına qoya bilərsiniz.

Onun çirkli geyimləri ilə maraqlanın!
Paltar yumaqdan və ev işləri məşğul olmaqdan nifrət etsəniz də bunu ona çox hiss etdirməyin. Onun geyimlərini səliqəyə salın. Bu hərəkətiniz ona nə qədər dəyər verdiyinizi göstərəcək.

Şirniyyat hazırlayın!
Onunla görüşə gedərkən öz əllərinizlə hazırladığınız şirniyyatlardan aparın. Bu şirniyyatlar ona anasının hazırladığı yeməklərin dadını xatırladacaq.

Onu sevdiyi filmlərə baxın!
Onunla axırıncı dəfə nə vaxt bir aksion filminə baxmısınız? Onun da film seçmək haqqı var. İcazə verin bir dəfə də filmi o seçsin. Zövqləriniz eyni olmasa da, bu hərəkətiniz ona özünü xüsusi biri olduğunu hiss etdirəcək.

Onunla birlikdə futbola baxmaq istədiyinizi deyin!
Qadınların əksəriyyəti futbola nifrət edir. Hətta çoxu sevdiyi kişiləri futbola da qısqanır. Kişilərin maraqlarına hörmət etməyi öyrənin. Hərdən seriala baxmaq yerinə birlikdə futbola baxmağı təklif edin. İnanın bu çox əyləncəli olacaq!

Ona gülümsəyin!
Uzun müddətli münasibətlərdə qadınların çoxu kişilərin etdiyi zarafatlara gülmür. Bu isə onların etdiyi ən böyük səhvlərdən biridir. Kişilər onlara xoş təsir bağışlayan qadınları sevir. Gülüşünüzü kişilərdən əsirgəməyin! Hərdən səbəbsiz yerə olsa da, ona gülümsəyin. Səni sevirəm sözünü xoş bir təbəssümlə əvəz edin! Bu ona daha yaxşı təsir edəcək.