Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmədə qadağalar olacaq
9-12-2012, 09:20
Oxunub: 4 266
Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə məsələləri yeni qanunvericiliklə tənzimlənəcək.Milli Məclisdən Trend-ə bildiriblər ki, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində mədəniyyət sahəsinə aid obyektlərin özəlləşdirilməsi qaydası, şərtləri və özəlləşdirilmə sahəsində qadağalar əks olunacaq.
Sənəddə qeyd olunur ki, özəlləşdirilən mədəniyyət obyektinin sahibi əmək kollektivi üzvlərinin ən azı bir il müddətində öz iş yerlərində saxlanılmasını təmin etməlidir.
Özəlləşdirilmiş mədəniyyət obyektinin əsas fəaliyyəti mədəni sərvətlərin bərpası, qorunması və təbliği, mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərin göstərilməsi və bu xidmətlərin əhaliyə güzəştli şərtlərlə təqdim edilməsi olmalıdır.
Qanun layihəsində qadağalarla bağlı qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan bir sıra obyektlərin özəlləşdirilməsinə icazə verilmir. Bunlar Azərbaycan milli mədəni irsinə aid olan obyektlər, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş obyektlər, dövlət və bələdiyyə mülkiyyətinə aid olan muzey, arxiv, kino, kitabxana, foto, arxiv və fondlarda saxlanılan maddi mədəniyyət obyektləri və binalar, təbii irsə aid obyektlərdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər