Mətbuat Şurası ANS-in cavabını verdi
10-12-2012, 16:35
Oxunub: 5 446
Rəhim Hüseynzadə: İndiyə qədər Tia.az-la bağlı bizə şikayət xarakterli müraciət olmayıb.
6 Dekabr 2012-ci il tarixində saat 22.oo-da ANS-də yayımlanan “Qənirə Ataşova ilə Baş xəbər” proqramında bir neçə portalla yanaşı Tia.az -ın ünvanına xoşagəlməz ifadələr işlədilib. Bir sözlə ANS –in aparıcısının fikrincə Tia.az reketliklə məşğuldur. Halbuki həmin verliş efirə gedərkən bizim fikirlərə yer ayrılmayıb.
Məsələ ilə bağlı Mətbuat Şurasının İcracı drektoru Rəhim Hüseynzadənin mövqeyini öyrəndik. Rəhim müəllim ilk olaraq onu vurğuladıki ANS –in saytları təftiş etmək , onlara nəzarətin olmaması fikri ilə razılaşmadı. “Biz Mətbuat Şurası olaraq fəaliyyət göstərən bütün portallara nəzarət edirik. Kiminsə efirə çağrılması ilə Mətbuat Şurasının fəaliyyətinə kölgə salmaq düz deyil”.
Daha sonra Rəhim müəllim onu da qeyd etdi ki, MŞ Tia.az saytının rəhbərliyi ilə daimi media ilə bağlı məsələlər müzakirə edir: “Və lazım olan anda öz tövsiyyələrimizi saytın rəhbərliyinə çatdırırıq. Tia.az-ın “reket sayt” olması məsələsinə gəlincə isə, bu, umumiyyətlə düz fikir deyil. Birincisi, ona görə ki, fəaliyyətdə olduğu 4 il ərzində bir dəfə də olsun bu saytla bağlı bizə müraciət daxil olmayıb. İkincisi də ki, tia.az saytının rəhbəri Əlişir Əhəd uzun müddətdir ki, mətbuatda çalışır. Və birdən-birə belə tanınmış jurnalistin rəhbərlik etdiyi quruma bu adı vermək olmaz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər