MTRŞ sədri: Reytinq asılılığı verilişlərin keyfiyyətini aşağı salır
7-11-2017, 13:26
Oxunub: 4 699
“İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq”
Bolgexeber.com Report-a istinadla xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “AzTV”-yə müsahibəsində deyib.
O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar: “Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm”.
MTRŞ sədri onu da qeyd edib ki, hazırkı dövrdə televiziya və radio yayımı sahəsində keyfiyyət və kəmiyyət dəyişiklikləri hiss olunacaq dərəcədə artıb: “Bu gün Azərbaycanda 84 adda televiziya və radio yayımçısı fəaliyyət göstərir. 10 ölkə kanalı dünya miqyasında yayımlanır, 13 kanal regionu əhatə edir, 13 radio ölkə miqyasında dinləyiciləri musiqi və verilişlərlə təmin edir. İki peyk televiziyası, 17 kabel operatoru var. Bu qədər rəqəmin içərisində işlərin çox rahat getməsi də doğru deyil. Nəticə odur ki, bu gün üçün ölkədə bu sahədə görülən işlər öz bəhrəsini verir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər