Ölkədə şok yaradacaq yeni ifşa kampaniyası başlayır
11-12-2012, 10:55
Oxunub: 5 604
Son zamanlar baş verən ciddi olay və qalmaqalların sırasına yaxın zamanlarda birinin də daxil olacağı gözlənilir. “Azadlıq”a daxil olan xəbərə görə, bir neçə gün əvvəl rəsmi dövlət qəzeti olan “Azərbaycan”da “Dövlət quruculuğu şöbəsi” ləğv edilib. Şöbənin ləğvi bir o qədər önəmli deyil.
Bu məsələdə diqqətçəkən məqam ondan ibarətdir ki, iqtidarın tanınmış qələm sahiblərindən biri, əməkdar jurnalist Xalid Niyazov şöbənin ləğvinə etiraz olaraq qəzeti tərk edib. Xəbərdə deyilir ki, Xalid Niyazov iqtidar jurnalisti olmaqla hakimiyyətə çox yaxın şəxsdir və kifayət qədər məlumatlı adamlardan hesab olunur. Onun qəzeti tərk etməklə kifayətlənəcəyi inandırıcı görünmür. Doğrudur, o hələ ki, bu barədə danışmayıb. Lakin Xalid Niyazovu tanıyanlar əməkdar jurnalistin susmasını fırtınaqabağı sükut kimi dəyərləndirirlər. Bu baxımdan da yaxın vaxtlarda “Elşad Abdullayevin videolarından”, “Milyarderlər Ittifaqının” hələ də səngimək bilməyən hay-küyündən sonra yeni siyasi qalmaqal və ifşa kampaniyasının ölkəni siləkələcəyi istisna olunmur.
Xalid Niyazovun “Azərbaycan” qəzetini tərk edib-etmədiyi barədə məlumatı dəqiqləşdirmək üçün özü əlaqə saxladıq. Əməkdar jurnalist uzun illər çalışdığı qəzetdən çıxması barədə xəbər təsdiqlədi. Səbəblərinə gəlincə, Xalid Niyazov bu barədə hələ ki, danışmaq istəmədiyini bildirdi. Lakin yaxın vaxtlarda geniş açıqlamalar verəcəyini də istisna etmədi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər