Xalqxeber.Az 6 yaşını qeyd edir
5-03-2018, 14:23
Oxunub: 4 688
Xalqxeber.Az informasiya portalının 6 yaşı tamam olur
Azərbaycan dilində fəaliyyət göstərən Xalqxeber.Az ötən 6 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
2012-ci ildə fəaliyyətə başlayan portal 6 il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
Portalın baş redaktoru Peyman Sadıqov bildirib ki, informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: "Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən 6 il ərzində Xalqxeber.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Xalqxeber.Az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu mövqenin nəticəsidir ki, saytımıza baxış sayı dinamik olaraq artır, getdikcə daha geniş oxucu kütləsini cəlb edir. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq". Bu 6 ildə yeganə məqsədimiz oxucunu razı salmaq, yeganə meyarımız oxucu zövqü olub. Bir də, bir şeyi ürəklə deyə bilərik ki, sayt yarandığı gündən bugünədək oxucularımızın sayı qədər də dost qazanmışıq və bu, bizi məmnun edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər