Pinduud.com Azərbaycanda
7-01-2013, 12:55
Oxunub: 5 077
“Pinterest” tərzi şəkil paylaşımı əsaslı sosial şəbəkəsi ana dilimizdə də yayımlanacaq
Azərbaycanda ilk “Pinterest” tərzi şəkil paylaşımı əsaslı sosial şəbəkəsi “Pinduud.com” istifadəyə verildi. Sayt görünüş olaraq Pinterest`ə bənzəsə də ondan bir çox üstün cəhətləri də var. Ondan ən böyük üstünlüyü bir neçə dildə olmasıdır. Ən əsası da İngilis, Rus, İspanyol, Fransız, Portuqal, Çin və Yapon dillərinin yanında əsas bazda verilmiş Azərbaycan dili siyahının başında öz yerini alır.
Sosial şəbəkə, şəkillərin paylaşılması, onlar üzərində yaradıla biləcək müzakirələrə dayanır. Belə ki, saytda yer alan 28 kateqoriya üzrə istədiyiniz qədər albom yarada bilər, bu albomlara istədiyiniz qədər şəkil yükləyə bilərsiniz. Şəkilləri istərsəniz fərdi kompüterinizdən, istərsəniz də internet saytlardan yükləmə imkanınız var. Yüklədiyiniz şəkillərə digər istifadəçilər şərh yaza bilir, bəyənə bilir və yenidən paylaşa bilirlər.
Bundan başqa istədiyiniz kateqoriyada paylaşım edən şəxsləri izləyə bilər və yalnız izlədiyiniz şəxslərin paylaşımlarını görə bilərsiniz. İstifadəçilər arasında hədiyyə göndərmək də mümkündür. Xüsusilə bayram və xüsusi günlərdə bu əlavə çox əyləncəli olacaq.
Pinduud`un hal-hazırda Google Play Market`də Android əməliyyat sistemli telefonlar üçün ödənişsiz tətbiqetməsi də var. Bu tətbiqetmə sayənsində də istifadəçilər öz hesablarına internet əlaqəsi olan istənilən yerdən rahatca daxil ola biləcək, son yenilikləri izləyə biləcək, şərhləri oxuya biləcək və cavablaya biləcəklər.
Bütün bu üstünlüklərdən əlavə də, Pinduud`un sahibi Vüqar Alışov – “2013-cü ilin yanvarından, yəni bir neçə gündən sonra saytda artıq video paylaşımı da mümkün olacaq” deyə əlavələr etdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər