Azərbaycan Mətbuat Şurası seçkilərlə bağlı məlumat yayıb
11-04-2018, 17:04
Oxunub: 4 693
Saat 08.00-dan 15.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb
Ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, 45 saylı Abşeron, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai dördüncü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, 34 saylı Xətai ikinci, “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev, 23 saylı Nəsimi-Səbail “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov, 29 saylı Səbail, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını müşahidə ediblər, hər hansı maneə qeydə almayıblar.
Mətbuat Şurasının monitorinq qrupunun üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.
Bir daha bildiririk ki, Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 30 telefon, həmçinin (050) 242 09 91 və (055) 201 99 26 mobil nömrələri 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq «qaynar xətt» rejimində fəaliyyətdədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər