Deputat: Mətbuat Şurası ilə bağlı ayrıca qanuna ehtiyac var
18-04-2018, 10:12
Oxunub: 5 026
“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır.
Bolgexeber.com xəbər verir ki, bu barədə millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında məlumat verib.
O qeyd edib ki, artıq qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupu sözügedən sənədin hazırlanmasına başlayıb:
“Qeyd edim ki, bir müddət öncə Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və orada belə qərara alındı ki, Mətbuat Şurası ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Artıq qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupu yaradılıb və o, sözügedən sənədin hazırlanmasına başlayıb.
Hesab edirəm ki, bu sənəd Mədəniyyət komitəsi ilə bağlı olduğuna görə onun hazırlanmasında komitəmizin də yaxından iştirakı lazımdır”.
Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da ayr-ayrı sahəvi qanunlara ehtiyac olduğunu bildirib.
Deputat onu da əlavə edib ki, AMŞ müvafiq əsasnamə ilə fəaliyyət göstərir və bu baxımdan, əgər gələcəkdə lazım gələrsə, bu qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun layihəsi müzakirələrə çıxarıla bilər:
“Yəni, daha geniş hüquqi zəminə ehtiyac olarsa, təbii ki, o zaman yeni qanun layihəsi müzakirələrə təqdim oluna və qəbul edilə bilər. Amma indiki halda AMŞ müvafiq əsasnamə əsasında da öz işini davam etdirə bilər və davam etdirir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər