Əvəz Zeynallının məhkəməsi başa çatdı
6-02-2013, 20:20
Oxunub: 4 872
“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəmə istintaqı başa çatıb.
Turan agentliyinin məlumatına görə, fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Əvəz Zeynallının işi üzrə növbəti proses keçirilib. İclasda Vergilər Nazirliyinin nümayəndəsi ifadə verib, o, təqsirləndirilən şəxsin suallarını cavablandırıb. Əvəz Zeynallı yenə vergidən yayınma ittihamlarını rədd edib.
Daha sonra vəkil Elçin Sadıqov bir daha baş redaktor barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət qaldırıb. Vəsatət yenə təmin olunmayıb.
Əvəz Zeynallı bildirib ki, dördcildlik cinayət işinin hər səhifəsi saxtalaşdırılıb.
Hakim dəlillər siyahısını elan etdikdə vəkil Elçin Sadıqov deputat Gülər Əhmədovanın təqdim etdiyi audioyazının istintaq tərəfindən saxtalaşdırıldığını deyib.
Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını bildirib.
Dövlət ittihamçısı Ramazan Hadıyevin çıxışı fevralın 13-nə təyin edilib.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər