Anar Nəcəfli yenidən efirə qayıtdı
18-09-2018, 14:22
Oxunub: 4 905
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yenidən efirə qayıdıb
Metbuat.az xəbər verir ki, Anar Nəcəfli sentyabrın 24-dən etibarən "ARB Xəbər"-in saat 20:00-da əsas buraxılışının aparıcısı olacaq.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Anar Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmayıb: “İşimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB TV-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm.
Bununla əlaqədarAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB TV-nin Xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB TV-nin rəbərliyinə isə mənə etimad göstərib uzun illərdən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm.
Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər