BMT Baş katibi: “Bu il ən azı 88 jurnalist öldürülüb”
3-11-2018, 10:23
Oxunub: 4 523
Son on ildən artıq bir müddət ərzində min nəfərdən artıq jurnalist öz peşə borcunu yerinə yetirərkən həlak olub. Hər 10 cinayətdən 9-u açılmamış qalıb, cinayətkarlar isə məsuliyyətə cəlb edilməyib.
Teleqraf.com xəbər verir ki, bu fikirlər BMT Baş Katibinin jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa qarşı beynəlxalq gün münasibətilə yaydığı müraciətində yer alıb.
Müraciətdə qeyd edilir ki, qadın jurnalistlərin hədəf olma riski daha yüksəkdir: “Bu, yalnız onların peşə fəaliyyətinə görə deyil, cinsi zorakılıq təhdidi də daxil olmaqla gender ayrı-seçkiliyinə görə baş verir.
Təkcə bu il azı 88 jurnalist öldürülüb. Bundan əlavə, minlərlə jurnalist hücumlara, təzyiqlərə məruz qalıb, həbs edilib və ya zəruri hüquqi prosedurlar həyata keçirilmədən saxta ittihamlarla azadlıqdan məhrum edilib. Bu, sadəcə qəbuledilməzdir. Belə bir şey adi hala çevrilməməlidir.
Jurnalistlər hədəfə tuş gəldikdə bunun cəzasını bütün cəmiyyət çəkir. Jurnalistlərə qarşı hücumların artması və cəzasızlıq mühiti məni dərindən narahat edir. Mən hökumətləri və beynəlxalq ictimaiyyəti jurnalistləri qorumağa və öz peşə fəaliyyətlərini yerinə yetirməsi üçün onlara zəruri şərait yaratmağa çağırıram.
Bu əlamətdar gündə mən hədə-qorxu və təhdidlərə rəğmən, hər gün öz peşə fəaliyyətini yerinə yetirən jurnalistləri ehtiramla yad edirəm. Onların və həyatını itirmiş həmkarlarının işi bizə xatırladır ki, həqiqət heç vaxt ölmür. Bizim ifadə azadlığı hüququnu təmin etmək öhdəliyimiz də heç zaman ölməməlidir”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər