Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”
17-01-2019, 10:41
Oxunub: 3 707
“Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır”.
Modern.az xəbər verir ki, bunu deputat, Mətbuat Şurasının sədri Əflatun amaşov bildirib.
O, deyib ki, mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçilərinin məsələyə həssas yanaşmaları istənilir:
“Heç bir şayiənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir.
Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şayiələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər