BolgeXeber.Com » Media » MTRŞ: Əsas problemlər komediya janrında olan seriallarda özünü göstərir
MTRŞ: Əsas problemlər komediya janrında olan seriallarda özünü göstərir
28-02-2019, 15:39
Oxunub: 5 408
“Mart ayında teleseriallarla bağlı telekanal rəhbərləri, prodakşnlar və ictimaiyyət nümayəndələri ilə keçirilməsi gözlənilən görüş öncəsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupu tərəfindən teleseriallarla bağlı analitik xarakterli geniş təhlili material hazırlanıb və bu istiqamətdə işlər indi də davam etdirilir”
Bunu “Report”a açıqlamasında şuranın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, analitik materialda dövlət tərəfindən milli teleserialların çəkilməsinin stimullaşdırılması istiqamətində atılan addımların nəticələri təhlil olunub: “Həmçinin sonrakı mərhələdə meydana çıxan problemlər, yol verilən nöqsanlar, onların kökləri və aradan qaldırılması yolları və s. öz əksini tapıb. Materialda eyni zamanda, hazırda yayımlanan teleserialların janr müxtəlifliyi, həftəlik ümumi yayımdakı payı kanallar üzrə təhlil olunub. Təhlillər göstərib ki, bu gün milli efir məkanımızda həftə ərzində 65 saatdan bir qədər çox teleserial yayımlanır. Bunun 25%-i komediya janrındadır. Əsas problemlər də məhz bu janrda olan seriallarda özünü göstərir. Teleserial yayımında öncüllük ATV, Xəzər TV və ARB-yə məxsusdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər