BolgeXeber.Com » Media » Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub
14-05-2019, 14:45
Oxunub: 5 955
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub.
Bolgexeber.com ONA-ya istinadla verdiyi məlumata görə, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.
Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.
Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. “Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər