Yazıçılar Birliyi: “Mir Şahin özünü balaca ziyalı hesab edir?!”
9-04-2013, 13:00
Oxunub: 6 125
ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin bazar günü efirə gedən “Hesabat” proqramında bildirib ki, erməni xalqının azərbaycanlılara düşmən olmadığını idda edən Rüstəm İbrahimbəyovun qarşısına cavab vermək üçün ən azı Anar boyda ziyalı çıxmalı idi.
”Özü də plakat janrında deyil, fakt və arqumentlərlə. Qızğın hisslərlə yox, soyuq məntiqlə. Çünki bu gün dünyada əsas məsələ kimin doğru və ya yalan danışmasında deyil, doğrunu və ya yalanı kimin danışmasındadır. Çünki bəzən doğru olmayanı deyən kəsin nüfuzu doğru deyənin nüfuzunu tərksilah etdiyinə görə qarşı tərəfin həqiqəti inandırmır. Rüstəm İbrahimbəyov isə bizi də, bizim bu cənub şəhərimizi də və təbii ki, bu şəhərin sakinlərini də çoxumuzdan yaxşı tanıyır”.
Mir Şahinin bu fikirlərinə Yazıçılar Birliyindən Modern.az vasitəsi ilə cavab gəlib. “Məgər Mir Şahin özünü balaca ziyalı hesab edir? Əgər lazımdırsa, böyük ehtiyac varsa, elə Mir Şahin dursun Rüstəm İbrahimbəyovun qabağında”, – deyə Birliyin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib.
“Anar müəllim indi Azərbaycanda deyil. Mən isə Yazıçılar Birliyinin sözçüsü kimi yalnız onu deyə bilərəm ki, Rüstəm İbrahimbəyovla bağlı hər hansı rəy olarsa, bu, Yazıçılar Birliyində rəhbərlik səviyyəsində bildiriləcək”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər