KİV-lərin reklam gəlirləri 3 dəfədən çox azalıb
6-09-2019, 09:47
Oxunub: 7 206
Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, 2015-ci ildə KİV-lərdə yayımlanan reklamlardan gələn gəlirin miqdarı 25 969 100 manat, 2016-cı ildə 10 912 400 manat, 2017-cı ildə 4 684 800 manat olub.
Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanan reklamlara görə 7 747 200 manat gəlir əldə edilib.
Ümumilikdə, KİV-lərdə yayımlanan reklama görə gəlirin ən böyük payı televiziyaların payına düşür. Amma reklam yayımlanmasından gələn ümumi gəlir azaldığına görə televiziyaların da reklama görə əldə etdiyi gəlir məbləği azalıb.
2015-ci ildə televiziyada yayımlanan reklamdan 19 836 000 manat gəlir əldə edildiyi halda, 2018-ci ildə bu rəqəm 6 912 400-ə enib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər