BolgeXeber.Com » Media » Nuşirəvan Məhərrəmli televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq etdi
Nuşirəvan Məhərrəmli televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq etdi
11-10-2019, 09:34
Oxunub: 6 679
Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib.
Oxu.Az-ın xəbərinə görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən söz açıb.
Həmçinin qanunvericiliyin tələblərinin, xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.
N.Məhərrəmli 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə riayət olunması məsələsini də qaldırıb.
O, yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyi barədə bəhs edib.
Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər