BolgeXeber.Com » Media » Azərbaycanda televiziyalara və KİVDF-yə ayrılacaq vəsaitin məbləği bəlli oldu
Azərbaycanda televiziyalara və KİVDF-yə ayrılacaq vəsaitin məbləği bəlli oldu
24-10-2019, 12:50
Oxunub: 6 556
Gələn il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən televiziyalara ayrılacaq vəsaitin məbləği müəyyənləşib...
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) 33 milyon, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə 601 min 920 manat, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 12 milyon 32 min 421 manat vəsait ayrılacaq.
Bundan başqa, “Azərbaycan” nəşriyyatına 1 milyon 934 min 922 manat, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. (modern.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər