BolgeXeber.Com » Media » Media ilə işləyən ən yaxşı mətbuat xidməti rəhbəri Eldar Sultanov və Elşad Hacıyev olub - SORĞU

Media ilə işləyən ən yaxşı mətbuat xidməti rəhbəri Eldar Sultanov və Elşad Hacıyev olub - SORĞU

31-01-2020, 16:50
Oxunub: 11 294 Media ilə işləyən ən yaxşı mətbuat xidməti rəhbəri Eldar Sultanov və Elşad Hacıyev olub - SORĞU2019-cu il ölkədə bir çox hadisələrlə yadda qaldı. İctimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı və bir çox hadisələr baş verdi

Bu hadisələri ictimaiyyətə çatdırmaq üçün çalışan media nümayəndələri prosesdə hər il olduğu kimi ötən il hansı çətinliklərlə üzləşib. Bir sıra aparıcı media orqanları əməkdaşları ilə bu barədə sorğu keçirdik və ötən il hansı qurumun mətbuat xidmətinin operativ işlədiyini öyrəndik.

Bolgexeber.com bildirir ki. APA İnformasiya Agentliyinin əməkdaşı Səlcuq Elçin ötən il bir çox qurumların mətbuat xidmətinin rəhbəri və əməkdaşının fəaliyyətində müsbətə doğru irəliləyiş olduğunu bildirir:

"İstər yola saldığımız 2019-cu ildə, istərsə də ondan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin bütün əməkdaşları media ilə yüksək səviyyədə əməkdaşlıq edib: "Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, xidmətin böyük prokuroru Kənan Zeynalov media ilə əməkdaşlığa səfərbər olublar. Bir sözlə, bu qurumun mətbuat xidmətində çalışanlar mətbuatla əməkdaşlıq etməklə medianın dostu adını qazanıblar. Tam səmimi deyə bilərəm ki, Baş Prokurorluğun mətbuat xidməti bəzi dövlət orqanlarının mətbuat xidmətlərinə nümunə sayıla bilər.

Baş Prokurorluqla yanaşı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin fəaliyyətiuni yüksək qiymətləndirirəm. Xidmət rəisi operativ çalışır, sorğuları, hadisələrlə bağlı müraciətlərimizə tez bir zamanda cavab verir".

Axar.az saytının əməkdaşı Turanə Məmmədli də ötən il bir çox dövlət qurumunun mətbuat xidmətinin fəaliyyətini yüksək qiymətləndirir: "Daxili İşlər Nazirliyi mətbuat xidməti, BŞPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, xidmətin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev ötən il jurnalistlərlə ən operativ işləyən şəxslərdir.

Oxu.az saytının əməkdaşı Könül Cəfərli ötən il əksər qurumların mətbuat xidməti ilə normal əməkdaşlıq etdiyini bildirib: "Ötən il demək olar ki əksər qurumların mətbuat xidmətləri normal işləyib, suallarmıza cavab verib. Əsasən isə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva, Bakı şəhər Baş Polis idarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin rəhbəri Rövşən Cahangirov və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev ötən il operativ fəaliyyətləri ilə seçiliblər".

Daimi əlaqə saxladığı mətbuat xidmətləri arasında Baş Prokurorluğun mətbuat xidmətini xüsusi qeyd edən Publika.az saytının əməkdaşı Nizam Rzayev bildirib ki, adıçəkilən xidmətin rəhbəri Eldar Sultanov və böyük prokuror Kənan Zeynalov sorğulara daim diqqətlə yanaşır və qısa vaxtda bütün mətbuat üçün olsa da belə cavablandırılır: "Həmçinin Daxili İşlər Nazirliyinin mətbuatla çoxşaxəli ünsiyyətini alqışlayıram. Nazirliyin mətbuat xidmətinin regional nümayəndəliklərinin, eləcə də baş idarələrin bir çoxunun ayrıca mətbuatla əlaqədə olan əməkdaşlarının olması təqdirəlayiqdir".