Zeynal Məmmədli telekanalları ittiham etdi
4-05-2013, 11:35
Oxunub: 4 773
Zeynal Məmmədli: «Teleradio Şurası telekanallardakı əsas problemləri gözardı edir və nəticə də acınacaqlı olur»
“Televiziyalarda yaradılacaq bədii şuraların yalnız dil, yaxud ümumi milli-mənəvi dəyərlərlə bağlı olması hazırda müzakirə edilən məsələlərdəndir”. apa-nın məlumatına görə, bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Şura sədri deyib ki, uzun müddətdir milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı da məsələlər ortaya çıxıb və müzakirələr aparılır: “Televiziya kanallarında bu istiqamətdə də ciddi nöqsanlar mövcuddur. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq”.
Televiziyalarda dil probleminin olması yeni xəbər deyil. Lakin problem təkcə bununla məhdudlaşmır. Bəs balansın qorunmaması, xəbərlərin birtərəfli təqdimatı, dövlət siyasəti və digər məsələlər ətrafında obyektivliyin olmaması və s. bu kimi az qala, taleyüklü məsələləri tənzimləmək kimin üzərinə düşür?
Media sahəsi üzrə ekspert Qulu Məhərrəmli də deyir ki, televiziyaların dili peşəkarlıqla bağlı bir sıra problemləri əks etdirir. Təfəkkür dayazlığı, hazırlıqsız efirə çıxma və s. problemin görünən tərəfidir: “Nəticədə aparıcı və reportyorların təqdimatında Azərbaycan dili cansız və ruhsuz görünür. Kadrların seçimi, rəhbərliyə kimin təqdimatı da sadalanan problemlər sırasındadır. Peşəkarlıq olan yerdə dil və istənilən məsələlər öz qaydasında olacaq. Bunların hamısı bir-birilə bağlıdır”.
Q.Məhərrəmli televiziyalarda diskussiya və analitik proqramların getdikcə sıxışdırılması və əvəzində musiqi və şou xarakterli verilişlərin hazırlanması nəticəsində insanların cılızlaşdığını bildirir. Həmsöhbətimiz ölkənin taleyüklü problemlərinin televiziyalarda işıqlandırılmamasını və yalnız təbliğat-təşviqat xarakterli verilişlərin verilməsini onların məqsədyönlü siyasəti adlandırır.
Media sahəsi üzrə ekspert Zeynal Məmmədlinin fikrincə, xəbər proqramlarında və digər verilişlərdə plüralizmin qorunması vacibdir. Ekspert hesab edir ki, plüralizm olmadan sərbəst bazar formalaşdırmaq, insan hüquq və azadlıqlarını qorumaq mümkün deyil: “Plüralizmin mövcudluğu qanunla təsbit olunub. Milli Teleradio Şurası, Mətbuat Şurası və müxtəlif QHT-lər qanunlara necə əməl olunmasının monitorinqi, nəzarətini həyata keçirməlidir. Təəssüf ki, Şura bu məsələləri gözardı edir. Əsl problemlərin mahiyyəti gizlədilir, səbəblər müzakirəyə çıxarılmır və nəticə acınacaqlı olur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər