BolgeXeber.Com » Media » Lider TV bağlandı

Lider TV bağlandı

11-03-2020, 09:32
Oxunub: 3 378
Lider Televiziyası fəaliyyətini dayandırıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Lider TV-nin bir neçə əməkdaşı Axar.az-a təsdiqləyib.

Onlar bildiriblər ki, bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq olunub. Kanal əməkdaşlarına deyilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.

Qeyd edək ki, artıq bir müddətdir Lider TV-nin maddi baxımdan çətinlik çəkdiyi haqda mediada çoxsaylı məlumatlar gedirdi.