BolgeXeber.Com » Media » “Xəzər TV"də kadr dəyişiklikləri - ADLAR

“Xəzər TV"də kadr dəyişiklikləri - ADLAR

18-04-2020, 11:57
Oxunub: 4 325 "Xəzər TV”də kadr dəyişikliklərinə start verilib.

Bolgexeber.com pravda.az-a istinadən xəbər verir ki, baş direktor Murad Dadaşov islahatlara start verib, işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib.

Belə ki, Maliyyə departamenti tam tərkibdə yeniləcək. Departamentin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər.

Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar. Onlar arasında reklam mütəxəssisi Vüsal Nəbiyev də var.

Qeyd edək ki, "Xəzər TV”nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.