BolgeXeber.Com » Media » Daha bir jurnalist koronavirusa yoluxdu

Daha bir jurnalist koronavirusa yoluxdu

3-07-2020, 15:03
Oxunub: 4 417 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub. 

Bolgexeber.com xəbər verir ki, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, hazırda xəstəxanada olduğunu bildirib: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".

Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir.