Əli Həsənov jurnalistlərə verilən evlərdən danışıb
11-07-2013, 16:00
Oxunub: 3 708
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov jurnalistlərin VI qurultayında jurnalistlərə verilən evlərdən danışıb.
Bolgexeber.com xəbər verir ki, o, 22 iyulda jurnalistlərə evlərin paylanacağını bildirib:
“Bir dənə də olsun reket jurnalist oraya düşməyib, düşə də bilməz. Çünki biz Mətbuat Şurasının nüfuzunu qorumalıyıq. Mətbuat Şurasının təqdimatı olmayan bir jurnalist ev almayacaq. Heç bir jurnalistin ev almaq hüququ pozulmayacaq, başqa subyektiv amillərə məruz qalmayacaq. Əlbəttə, hər qəzet 3 nəfərin namizədliyini verib, ola bilsin biz bu mərhələdə eyni qəzetin hər 3 jurnalistinə ev verə bilməyəcəyik. Burada da bir növbəlilik var. Amma ən çox ehtiyacı, haqqı, xidməti olan jurnalistlər növbəlilik əsasında evlə təmin olunacaqlar. Ev almaq dövlətə, dövlətçiliyə, peşəyə məsuliyyətli yanaşmaqdan başqa heç bir digər öhdəlik qoymur. Ev verdiyimiz heç bir jurnalistdən tələb etməyəcəyik ki, ancaq İlham Əliyevin tərifləyin, müxalifəti pisləyin. Jurnalistlik missiyasını sizə biz verməmişik, biz də müəyyən etmirik. Bu missiya tarix boyu formalaşıb, jurnalistin qələminin qiymətləndirilməsinin meyarı ictimai maraqdır, ictimaiyyətin rəyidir, bugünkü cəmiyyətin qəbul etdiyi nümunələrdir. Bu nümunələr əsasında fəaliyyətinizi necə davam etdirirsinizsə, eləcə də etdirin. Mətbuat Şurasını dəstəkləmək, seçkili orqanınıza hörmətlə yanaşmaq hakimiyyət olaraq bizim borcumuzdur, biz bunu həyata keçirəcəyik. Reket jurnalistikanın axırına çıxmaq həm də sizə lazımdır. Ona görə ki sayğılı, hörmətli insanlar kimi cəmiyyətdə başı dik gəzəsiniz. İnanın 5 il bundan qabaq jurnalistlərimizlərin çoxu məclislərdə “jurnalistəm” deməyə bəzən çəkinib utanırdılar. Bilirsiniz niyə? Çünki jurnalistlər hörmət, izzət yeri qoymamışdı. Jekindən tutmuş kiçik poliklinikasından tutmuş, bərbərxanaya qədər hamısına müdaxilə edib onları təhdid etmişdilər. Zamanında jurnalist belə olmalıyıb axı, ən hörmətli adamlar idi. Biz buna yaxınlaşırıq. Mətbuat Şurasının dəstəyinə ehtiyacı var. Hər şey jurnalistlərdən asılıdır. Qurultayın qəbul edəcəyi qərarların hamısının həyata keçməsi üçün hakimiyyət tərəfindən nə lazımdırsa, prezident İlham Əliyevin iradəsini ifadə edərək sizə çatdırıram, biz o dəstəyi verəcəyik. Sizdən hərəkət bizdən bərəkət, əlbəttə bizdən yox, Allahdan”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər