Jurnalistlərin mənzilləri püşklə bölünəcək
17-07-2013, 15:30
Oxunub: 4 910
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılış proqramı bəlli olub.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum”a deyib ki, binanın açılışına qatılacaq şəxslər öncə mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edəcək: “İyulun 22-si səhər saat 8-də bütün tədbir iştirakçıları Azərbaycan Mətbuat Evinin qarşısında toplaşacaq, xüsusi avtobuslarla Fəxri xiyabana yollanacaq, daha sonra binanın açılışında iştirak edəcəklər.
Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş binanın açılışında iştirakı gözlənir. İlham Əliyev bina ilə tanış olacaq. Amma protokolda İlham Əliyevin jurnalistlərlə ayrıca görüşü qeyd edilməyib.
Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Prezident açılışı edib gedəndən sonra mənzillərin bölgüsü həyata keçiriləcək. Hansı mənzilin hansı jurnalistə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək”.
Fond rəhbəri əlavə edib ki, bina tam hazırdır: “Artıq binanın ətrafı asfaltlanıb, həyətə ağaclar əkilib, uşaqların oynaması üçün ayrıca yer ayrılıb, həmçinin sakinlərin oturması üçün iki çardaq da quraşdırılıb. Hazırda binada təmizlik işləri aparılır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər