BolgeXeber.Com » Media » Agentlik KİMLƏRƏ VERDİ: 3 minə göz dikən köhnə və təzə milyonçular… – Ləman ilə Afətdən sərt açıqlamalar -VİDEO

Agentlik KİMLƏRƏ VERDİ: 3 minə göz dikən köhnə və təzə milyonçular… – Ləman ilə Afətdən sərt açıqlamalar -VİDEO

3-07-2021, 15:18
Oxunub: 4 648 Xəbər verdiyimiz kimi, dünən Medianın İnkişafı Agentliyi bir sıra qəzet və saytlara vəsait ayırıb.
Bolgexeber.com xəbər verir ki, siyahı ilə tanış olan peşəkar jurnalistlərin bir qismi nəticələrə etiraz edib. Artıq sosial şəbəkələr belə etirazdolu statuslarla aşıb-daşır.
Cəmiyyət birmənalı olaraq böyük maliyyə imkanlarına sahib olan, işlərindən çox, bahalı maşınlarını, geyimlərini, komfort həyatlarını nümayiş etdirən media subyektlərinə əlavə 3 min manat ayrılmasını qəbil etmir və buna uca səslə etiraz edir.
Əksəriyyət hesab edir ki, aylıq dövriyyəsi 20-200 min manatı aşan saytlara əlavə 3 min manat ayrılması etirazları alovlandırmaqla yanaşı, həm də yeni medianın inkişafına, onun şaxələnməsinə, həmçinin rəqabətlliyin daha da pozulmasına rəvac verir.
Bununla bərabər, dövlətin çətiri altında olan MEDİA-nın hazırkı mövqeyi, yəni “oliqarx media patronları”na dəstəyi 3-4 nəfərlə pulsuz-parasız 30-40 nəfərin işini görən saytların uzun müddət rəqabətə dözüm gətirməyəcəyini göstərir: “Görünür, dövlətin çətiri altında olan media üzərində qərar verənlərə həqiqətən bu dövlət, xalq, elə iqtidar üçün çalışan sayt və jurnalistlər lazım deyil. Onlara oliqarxlaşmış redaktorlar və onların illərdir bir işə yaramayan media quruluşları lazımdır. Əks halda, illərdir çətin şəraitdə ümidlə yaşayan, gözləyən, pulsuz və ya cüzi maliyyə ilə ayaq üstə durmağa çalışan, bununla belə, aylıq dövriyyəsi 200 min manatı aşan saytlarla dirəşən media subyektlərinə dəstək olardılar. Üzücü məqamlardan biri də odur ki, aylıq dövriyyəsi 100-200 min olan sayt rəhbərləri hər zamankı kimi, bu cüzi məbləğə də tamah salıblar. Onlar bu dəfə də nəfslərinə hakim ola, ehtiyacları olmasa da, 3 minə də iddiadan geri çəkilmədilər”.
Bu barədə uzun yazmaq, sosial şəbəkədə qeyd olunan 100-lərlə statusdan misal gətirmək olar.
Maraqlı burasıdır ki, ömrünün böyük hissəsini media sahəsinə həsr edən, yarıac-yarıtox ümidlə yaşayan sayt rəhbərlərinin etirazları anlaşılan olsa da, böyük maliyyə imkanlarına sahib olan və müxtəlif məmurlardan maliyyələşən, hətta şəxsi biznesi olan sayt rəhbərlərinin MEDİA-ya iradları tamamilə gülməlidir. İş o yerə çatıb ki, 3 min yardımı almaqdan usanmayan “milyonçu redaktor”lar, bu pula ehtiyacı olan saytlarla eyni sırada olmağı özlərinə sığışdırmadıqlarını bəyan edirlər. Belə yerdə haqlı tələb  çıxır: göstərin gördüyünüz işi, göstərin uğurunuzu, göstərin 100-200 mn manat qarşılığında ortaya qoyduğunuz layihələri. Varmı?!…
…Keçmişlərini unudan, Vüqar Səfərliyə biət edən,yaxud aldığı medalı götürüb qaça-qaça Əli Həsənovun yanına gedərək şəkil çəkdirib “görürsünüz, mən Prezidentin köməkçisinin yanındayam”, – mesajı verərək, mediada boy göstərənlərdən uzun-uzadı danışmaq bizə yaraşan deyil.
Ən azından ona görə ki, “köhnə komanda”nın ən axırıncı (sözünü bütün mənalarında) şəxsi ilə şəkil çəkdirməkdən ötrü ləyaqətlərini ayaq altına atanlara zaman xərcləmək belə, günahdır. O adamlar ki, indi ilan kimi qabıqlarını dəyişib, artıq yenilikçi kimi gözə girməyə çalışırlar. Və təəssüf ki, buna da böyük ölçüdə nail olublar.
Halbuki, “köhnə komanda” və onun üzvləri tərəfindən Müsavat.com-da gedən materiallara görə (İstinadla Mia.az-da verilib) Mia.az 2015-ci ildə tamamilə haqsız, özü də iki dəfə prokurorluğa verilib, iki ayın içində 2 dəfə rəsmi xəbərdarlıq alıb. Bunun detallarını media əhli bilir, təkrar yazmaq istəmirik. Sadəcə, xatırlatmaq istəyirik ki, elə bu faktdan yola çıxıb, bəlkə də “köhnə komanda”nı ən çox biz “söyməli” idik. Ancaq Vüqar Səfərli ilə bir süfrədə çörək yedikləriini hər dəqiqə gözümüzə soxanlar, hətta buna görə şəxsən bu yazının müəllifi ilə dartışanlar “dostları”nın yıxılmasından dərhal sonra elə iyrənc söyüşlərə başladılar ki, biz onların yerinə utandıq, qınımıza çəkildik. Ki, tanımayanlar onlar kimi simasız olduğumuzu düşünər…
Nə isə. Bu və ya digər məqamlarla bağlı LAF TV-də Ləman Əliəşrəfqızı ilə Afət Telmanqızının maraqlı çxışları var.
Həmin verilişi təqdim edirik:
P.S. Bir daha xatırladaq ki, Mia.az bu və ya digər məqamları əvvəldən təhlil edib, olacaqları proqnozlaşdırdığından MEDİA-ya maliyyə dəstəyi üçün sənəd təqdim etməyib.
Mia.az