BolgeXeber.Com » Media » Evi sökülən jurnalist: “Əmlakımızın bir hissəsini çıxara bilmədik”-Foto
Evi sökülən jurnalist: “Əmlakımızın bir hissəsini çıxara bilmədik”-Foto
21-08-2013, 15:35
Oxunub: 5 530
Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyevin Bakının Xutor qəsəbəsindəki evi sökülüb.
Avqustun 21-də “Media forum” saytına açıqlamasında Rövşən Hacıyev deyib ki, onun evi sənədsiz olub: “Amma qaz, işıq, su, telefon adımıza idi. Gərək olanda “JEK”dən arayış alırdıq. Orda da qeyd olunurdu ki, qeydiyyatsız yaşayırıq. Evlərin sənədləşdirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin verdiyi göstərişdən sonra bir neçə dəfə bələdiyyəyə və icra nümayəndəliyinə getdim, ancaq onlar həmin göstərişin söz olduğunu, yəni şifahi deyildiyini, rəsmiləşdirilmədiyini bildirib məni geri qaytardılar”.
Xutor qəsəbəsində evlərin söküləcəyi dəqiqləşəndən sonra Rövşən Hacıyev məhkəməyə müraciət edib: “Bunu ona görə etdim ki, bizim mülkiyyət faktımız məhkəmə qərarıyla təsdiqlənsin. Onlar işə baxmaqdan imtina etdilər və bunu belə əsaslandırdılar ki, “JEK”in verdiyi arayışlar, kommunalar ödəmələr artıq sizin ora sahiblik faktınızı təsdiqləyir.
Qeydiyyat üçün Binəqədi Rayon Polis İdarəsinə də getdim. Orda da bildirdilər ki, siz uzun illərdir həmin ünvanda yaşayırsız, söküntü üçün qeydiyyat məsələsinin heç bir əhəmiyyəti yoxdur, sadəcə adamları incitmək, daha az kompensasiya vermək, get-gələ salmaq üçün bu məsələsini ortaya atırlar. Bir sözlə, imtina etdilər. Bundan sonra polis idarəsinə məktubla müraciət etsəm də, cavab ala bilmədim.
Proses uzandı və nəhayət, evimizin rəsmiləşdirilməsiylə başa çatdı. Binəqədi Rayon İcra Hakimiyyəti avqustun 2-də sərəncam verib mülkiyyət hüququmuzu tanıdı. Ancaq sevinməli bir iş yoxdur, bu, evin sökülməsini rəsmiləşdirilmək üçün edilmişdi. Sərəncam hazır olan kimi “Azəryolservis” evimizin sökülməsiylə bağlı bizə bildiriş verdi, avqustun-5-də. Avqustun 6-da isə gəlib evi uçurdular. Baxmayaraq ki, qanunda bu bildirişin 90 gün qabaq vətəndaşa verilməsi birmənalı olaraq yazılıb. Bu, vətəndaşın mülkünü boşaltmaq, razı deyilsə danışıqlar aparmaq, lap məhkəməyə vermək hüququndan yararlanması üçün nəzərdə tutulmuş bir vaxtdır. Bizdə hər şey ildırım sürətilə baş verdi və əmlakımızın bir hissəsini çıxara bilmədik. Dedilər ki, təklif olunanla razılaşsanız da ev söküləcək, razılaşmasanız da. Seçim imkanı vermədilər.
İndi ev axtarırıq. Hələlik qardaşımgildə qalırıq”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər