Daha bir jurnalist həbs oluna bilər
19-09-2013, 16:00
Oxunub: 5 122
Gənc siyasi fəal, Kanal13 internet televiziyasının əməkdaşı Məhəmməd Türkmən həbs təhlükəsi qarşısındadır. Bu barədə o özü musavat.com-a açıqlamasında bildirib.
M.Türkmənin sözlərinə görə, son zamanlar polis orqanları tərəfindən çoxsaylı təzyiqlərə məruz qalmaqdadır: "Bu yaxınlarda Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsi tərəfindən seçki bəhanəsi ilə bölməyə çağırılmışdım. Mənim ev ünvanımı dəqiq bilmək istəyirdilər. Ertəsi gün yaşadığım mənzilin (kirayə qaldığım üçün dəqiq ünvanı bilmirdim) dəqiq ünvanını bildirdim. Bu gün 10 dəqiqə əvvəl qeydiyyatda olduğum Salyan rayonundan mənə zəng gəldi. Məni rayonda polisin axtardığını bildirdilər. Bu, ilk dəfə deyil. Polis orqanlarının məni rayonda axtarmaqlarının səbəbini bilməsəm də, düşünürəm ki, bu mənim peşə fəaliyyətim ilə bağlıdır".
Qeyd edək ki, bu günlərdə M.Türkmən sosial şəbəkədəki profilində hakimiyyətin xoşuna gəlməyəcək şəkil paylaşıb. Bu şəkli o çəkməyib, fotoşəkil onun elektron ünvanına göndərilib, o isə şəkli yayıb. Bütün təqib-təzyiq aksiyaları da məhz ondan sonra başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər