Ramin Deko: «Elə Kəbirə Məmmədovaya görə iki aydır ki, maaş almırıq»
27-11-2013, 14:35
Oxunub: 5 246
“Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekoya “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası üzrə məhkəmənin kəsdiyi 2000 manatlıq cərimənin ödənilməsi üçün 10 gün vaxt verilib.
Ramin Deko dünən Yasamal rayon məhkəmə icrası şöbəsinə çağırılmışdı. Jurnalistin sözlərinə görə, dünən şöbədə ona icra vərəqəsi təqdim olunub: “Bildirdilər ki, 10 gün vaxt verilir. Bu müddətdə 2 min manatı ödəməliyəm”.
Sözügedən məhkəmə qərarının qanunsuz olduğunu bir daha vurğulayan reportyor onu da əlavə edib ki, 2000 manatı ödəməyə imkan yoxdur: “Elə Kəbirə Məmmədovanın iddiası üzrə çıxarılmış 30 min manatlıq cərimənin ödənilməməsinə görə ”Azadlıq" qəzetinin hesabına iki aydır həbs qoyulub. Buna görə də iki aydır ki, biz heç əməkhaqqı almırıq. Belə olan halda, mən həmin pulu necə ödəyə bilərəm? Ən əsası, hesab edirəm ki, məhkəmənin qərarı qanunsuzdur və siyasi sifariş əsasında çıxarılıb. “Binə” Ticarət Mərkəzində sahibkarlardan əlavə pul yığılması haqda mənim yazımdan bir müddət sonra mərkəzdəki ticarətçilər üsyan elədilər, etiraz aksiyası keçirib yolu bağladılar. Onlar qeyri-rəsmi ödənişlərə etiraz edirdilər. Bu faktın özü də sübut edirdi ki, yazılanlar doğrudur".
Xatırladaq ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova “Azadlıq” qəzetini Ramin Dekonun müəllifi olduğu yazıya görə məhkəməyə verib. O, qəzet və jurnalistin hər birindən 50 min manat olmaqla, ümumilikdə 100 min manat tələb edirdi. Yasamal rayon məhkəməsi onun iddiasını qismən təmin edərək, qəzetin 30 min, Ramin Dekonun 2 min manat cərimələnməsi haqda qərar verib. “Azadlıq” 30 min manatı ödəyə bilmədiyindən qəzetin bank hesabına iki aydır ki, həbs qoyulub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər