“Elman Rüstəmov həbs edilməlidir” - Hafiz Hacıyev
22-02-2015, 12:38
Oxunub: 8 904
““Təcili olaraq, Mərkəzi bankın sədri Elman Rüstəmovun əmlakı müsadirə edilməli və xalqa qaytarılmalıdır”
Bu fikirləri aktual.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, Elman Rüstəmov müəyyən dairələrdən qisas almaq məqsədi ilə bu addımı atıb: “Sifarişi də başqa dövlətdən alıb.
O, səmimi insan deyil. Ölkə başçısı,təcdricən, bu addımı atmağı tapşırmışdı. Elman Rüstəmovun millətin ruhuna yad bir qərar verməsi xalqda dövlətə qarşı inamsızlıq yaradıb. Elman Rüstəmovun xarici dövlətlərdə villalarının, xarici banklarda külli miqdarda pullarının olması üzə çıxdı. Bu adam istefa verməlidir. Çünki saxta bir insandır. Bu addımı ilə xalqa, dövlətə xəyanət etdiyini sübuta yetirdi. Təcili olaraq bu adam həbs edilməlidir. Onun əmlakı, xarici banklarda olan pulları müsadirə edilərək dövlətin hesabına keçirilməlidir. Milləti bu dərəcədə dövlətdən narazı salmaq yaxşı hal deyil. Ölkə başçısı bu qədər işlər görür, onun üzərindən xətt çəkmək olmaz”.
Qeyd edək ki, Mərkəzi Bank ötən gecə manatın kəskin devolvasiyaya getməsi ilə bağlı qərar verib. Ekspertlər bildirirlər ki, ölkədə ciddi qiymət bahalaşması olacaq. Elman Rüstəmov 3 gün əvvəl manatın məzənnəsinin kəskin azalmayacağı barədə vədlər vermişdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər