BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür
Baş prokuror Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür
24-02-2015, 19:25
Oxunub: 5 074
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Bolgexeber.com-a verilən məlumata görə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropaya inteqrasiya proseslərinə fəal qoşulduğu vurğulanmış, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd edilmişdir.
Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat vermişdir.
Ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparıldığını bildirən Zakir Qaralov Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulamış, həmçinin “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyətini qeyd etmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilərək ötən il ərzində bu sahədə iki mötəbər beynəlxalq tədbirin Bakıda keçirildiyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Baş prokuror, fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümünün tamam olmasını qeyd edərək beynəlxalq birlik tərəfindən bəşəriyyət əleyhinə olan bu cinayətə hüquqi qiymət verilmədiyini xüsusi vurğulamış, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyi və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının olduğu, eyni zamanda bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində səylərin artırılmasının vacibliyini qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikasına olan səfərindən məmnunluğunu ifadə edən Stavros Lambrinidis Azərbaycana səfəri çərçivəsində bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu deyən qonaq Avropa İttifaqının Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirmişdir.
Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard və digər rəsmi şəxslər iştirak edirdilər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə