Ramiz Zeynalovun 172 işçisindən Ombudsmana şikayət edilib
26-02-2015, 20:33
Oxunub: 5 715
"Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanan əsassız saxlama, gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilib". Bu barədə insan hüquqları üzrə müvəkkilin (ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki,ötən il ərzində təsdiq olunan 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.
İllik məruzədə o da qeyd olunub k,Dövlət Yol Polis (DYP)əməkdaşları ilə bağlı ötən il daxil olan 172 müraciətdə bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi hallar öz əksini tapıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər