Yeni Əhmədlidə parkı söküb yerində bina tikirlər: - Sakinlər etiraz edir
28-02-2015, 18:24
Oxunub: 6 597
Yeni Əhmədli ərazisindəki yaşayış binalarının arasında yerləşən parkı sökərək yerində bina tikirlər
Arqument.az-a bu barədə Yeni Əhmədli (Həzi Aslanov metrostansiyasının yanı) Xudu Məmmədov küçəsi 33 nömrəli binanın sakinləri məlumat verib.
Onlar qeyd edib ki, uzun illərdir sakinlərin istirahət, uşaqların əyləncə parkı sökülür.
Tikinti aparılması məqsədilə parkda olan idman qurğularını və yelləncəklər artıq qoparılaraq atılıb. Sakinlər tikintinin dayandırılması üçün məhkəməyə də müraciət ediblər. Müraciətdən sonra parkın yerində aparılan tikinti dayandırılsa da, 2 aydan sonra yenidən işə düşüb.
Sakinlər qeyd edir ki, onları narahat edən təkcə parkın məhv edilməsi deyil. Aparılan tikintinin binaya çox yaxın olması, binanın həyətinin zəbt edilməsi də sakinlərin narahatlığına səbəb olur.
Qeyd edək ki, tikililər arasında ara məsafələr haqqında ölkədə qüvvədə olan qaydalara əsasən, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin.
Sakinlərin sözlərinə görə, bina ilə yeni tikili arasında məsafə çox az qoyulub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər