Füzuli Ələkbərov cüdoçuların aksiyasına görə nazirliyə çağırıldı
2-03-2015, 12:34
Oxunub: 6 096
Gənclər və idman naziri Azad Rəhimov bu gün əmək haqlarının verilməməsinə etiraz edən cüdoçularla görüş keçirəcək
BOLGEXEBER.COM xəbər verir ki, Cüdo Federasiyasından Azvision.az-a daxil olan məlumata görə, günorta saatlarında baş tutacaq görüşdə federasiya prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov da iştirak edəcək.
Bildirilib ki, görüş zamanı nazir cüdoçuların şikayətlərini dinləyəcək.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın bir qrup cüdoçusu milli komandaların təlim-məşq bazası ("Neftçi"nin keçmiş bazası) qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar bildiriblər ki, artıq ilyarımdır əmək haqlarının verilməsində gecikmə halları müşahidə olunur. Maliyyə problemləri üzündən təlim-məşq toplanışları lazımi səviyyədə təşkil olunmur, kifayət qədər yarışda iştirak edə bilmirlər.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər