BERMUD ELECTRONICS-dən edilmiş sikayətə cavab
3-03-2015, 17:07
Oxunub: 6 675
"Məsələ burasındadırkı biz müstəriyə zəmanət verərkən qeyd edirik ki,müştərinin düzgün istifadə etməməsindən qaynaqlanan xətalar zəmanətə daxil deyil, bu satış zamanı da müştərilərə dəfələrlə deyilir"
11.01.13 tarixində Rəsulov Fuad Füzuli oğlu Bermud Electronics-dən TV almışdır.20.10.14 tarixində ekrana xətt düsüb şikayəti ilə servisimizə müraciət etmişdir. TV-ə mütəxəssisimiz tərəfindən baxılmışdır. Baxış zamanı televizorun ekran kartına su düşərək kifləndiyi askar edilmişdir.
Xüsusi qeyd etmək istəyərdik ki, TV müştərinin öz gözü qarşısında açılaraq baxılmışdır və kiflənən kart müştəriyə göstərilmişdir. Maye düşməsi nəticəsində ekran karti və onunla birlikdə olan ekran yanmışdır.
Hətta TV-yə ilk baxış keçirilərkən TV-nin ekraninda maye damcı ləkələri müşahidə olunmuşdur. Sübut üçün bunların hamısının şəkilləri də çəkilib.
Müştəri "Alınan gündən TV divardan asılıb, üstünə su tökülə bilməz, özünüz də gəlib baxa bilərsiniz" deyib. Buna cavab olaraq bildirmişik ki, suyun ora necə tökülməsini biz araşdırmırıq, biz yalnız malın içindəki problemləri faktlarla göstəririk. Bir də son aralar ən çox rastlaşdığımız problemlərdən biri ekranların şüşəsilən mayelərlə təmizlənməsidir, biz müşteriye ilkin variant kimi problemin bundan qaynaqlana biləcəyini söyləmişik. Məsələ burasındadırkı biz müstəriyə zəmanət verərkən qeyd edirik ki,müştərinin düzgün istifadə etməməsindən qaynaqlanan xətalar zəmanətə daxil deyil, bu satış zamanı da müştərilərə dəfələrlə deyilir.
Müştərimiz TV-nin uzərinə maye töküldüyünü inkar etmiş, servis və mağazamıza təhqiramiz sözlər yağdırmış, hədə -qorxu gəlmiş, hətta mən sizin sirkəti biabır edib gözdən salacam deyərək servisi tərk etmişdir. Sonda qeyd etmək istərdik ki, məsələni aydınlaşdırmaq üçün istənilən başqa TV mütəxəssisi gətirib baxış keçirə bilərsiniz.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər