BolgeXeber.Com » Xəbərlər » Bakı-Sumqayıt yolunda dəhşətli qəza: «VAZ-2104» kül oldu - (Video)

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: «VAZ-2104» kül oldu - (Video)

11-03-2015, 19:29
Oxunub: 5 027 Bakı-Sumqayıt yolunda dəhşətli qəza: «VAZ-2104» kül oldu - (Video)Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu barədə avtosfer.az-a hadisə şahidləri məlumat veriblər.

Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib.

Bu zaman arxadan «Ford-Transit» markalı yük avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər. Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.
BOLGEXEBER.COM