“Diş həkimi” ilə görüşmək üçün Türkiyəyə, yolda isə başqasına ərə getdi və itdi
14-03-2015, 10:25
Oxunub: 6 349
Facebookda tanış olduğu “diş həkimi” ilə görüşmək üçün Türkiyəyə gedən, ancaq yolüstü başqası ilə tanış olub dini nikaha girən və sonra yoxa çıxan azərbaycanlı qadın axtarılırFacebookda tanış olduğu “diş həkimi” ilə görüşmək üçün Türkiyəyə gedən, ancaq yolüstü başqası ilə tanış olub dini nikaha girən və sonra yoxa çıxan azərbaycanlı qadın axtarılır
Virtualaz.org saytı xəbər verir ki, Bənövşə Babaşova adlı 22 yaşlı qadın Gürcüstanın Bolnisi bölgəsinin Faxralı kəndindəndir. O, üç aydır yoxa çıxıb.
Bildirilir ki, gənc qadın “diş həkimi” ilə görüşmək üçün kənddən qaçıb və Türkiyəyə gedərkən yolu naməlum səbəbdən Dilovası bölgəsinə düşüb. Orada Halit Kocabay adlı biri ilə dini nikaha girib və həmin şəxsin ikinci arvadı olub.
Bir müddət Kocabayla dini nikahda yaşayan qadın iddialara görə, üç ay əvvəl həmin şəxs tərəfindən Gürcüstana yola çıxan avtobusa mindirilib. Ancaq o gündən etibarən qadından xəbər almaq mümkün deyil. Qadının yoxa çıxması ilə bağlı Dilovası polisinə məlumat verilib.
İddialara görə, Halit Kocabay “qadın kəndindən və evlərindən ötrü darıxdığı” üçün onu Gürcüstana yola salıb. Bir müddət sonra isə qadının Faxralı kəndindəki ailəsi ilə təmas qurub, Bənövşənin hələ kəndə çatmadığını öyrənib.
Halit Kocabay qadının yoxa çıxdığı haqda polisə məlumat verib. Bənövşə Babaşovanın Azərbaycanda təhsil işçisi olan əmisi Məmmədəli də bu haqda Dilovası polisinə məlumat verib. Qızın atasının adı Dursun, anasının adı Tamamdır, onun axtarışları davam edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər