BolgeXeber.Com » Xəbərlər » Vətəndaş "Yol hərəkəti haqqında" qanunlardan xəbərsiz yol polisini məhkəməyə verəcək-Şikayət

Vətəndaş "Yol hərəkəti haqqında" qanunlardan xəbərsiz yol polisini məhkəməyə verəcək-Şikayət

14-03-2015, 12:28
Oxunub: 9 909 Vətəndaş "Yol hərəkəti haqqında" qanunlardan xəbərsiz yol polisini məhkəməyə verəcək-Şikayət"Xahiş edirəm onu özünü təqdim etməyi bacaran, qayda pozuntusunun nədən ibarət olduğunu deməyin vəzifə borcu olduğunu anlayan digər təcrübəli və vəzifəsini bilən,mədəni, savadlı başqa bir zabit polislə əvəz edəsiniz"

Bolgexeber.com-un redaksiyasına Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ev 22-nin sakini Məmməd Həmidov tərəfindən polis məmurunun qanunazidd hərkətləri haqda şikayət məktubu daxil olmuşdur.Həmçinin yüksək dövlət məmurlarına ünvanlanmış müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikası Hüquq Şöbəsinin müdiri Cənab F.Ələsgərova,
Azərbaycan Respublikasının Daxili İşlər naziri Cənab R.Usubova,
AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Cənab R.Zeynalova,
Ombudsman Aparatının rəhbəri xanım E.Süleymanovaya,

Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ev 22-nin sakini Məmməd Həmidov tərəfindən "Polis məmurunun qanunazidd hərkətləri" barədə

Ş İ K A Y Ə T
Dünən, martın 13-də mənə Nizami küçəsindən Azərbaycan prospektinə dönən zaman özünü təqdim etməyən, 2026 nömrəli polis çavuşu hansı qayda pozuntusunu demədən sənədlərim itələb etdi. 10 dəqiqə mübahisə etdim ki, mən heç bir qayda pozmamışam.Çavuş isə protokolu doldururdu.Sonda dedi ki, sən bilmirsən ki, hansı qaydanı pozmusan.Sən piyadaya yol vermədin. Piyada isə zolağa daxil olmamışdı. Zolaqda isə sarı taksi dayanmışdı. Dedim o zaman sübut et. Dedi ki, nazirin göstərişidir,protokol yazmalıyam. Həmin yerə saat 13-27-də qayıdıb müşahidə etdimki, görəsən 21 yaşlı çavuş hörmətli nazirin göstərişinə necə əməl edir.Çavuşun yanında dayanmaq olmaz işarəsinin altında 10AP222,99Bv539,10RN017,90UP433 nömrə nişanlı avtomobillər dayansa da çavuş onlara nədənsə qanun tətbiq etmirdi.Bir qara Mazda və 10VX016 avtomobili isə bu arada icazə olmadığı halda Baş Prokurorluq istiqamətində getdilər. 90 TV419 isə piyadalara yol vermədən sola döndü.Lakin yenə qanun tətbiq edilmədi.Saat 13-35-dən isə hər iki çavuş postu tərk etdilər.Çavuş savadsız olduğundan mənə yazdığı əsassız protokolda "Yol hərəkəti haqqında" qanunun hansı maddəsinin hansı bəndini qeyd etməyib.Xahiş edirəm protokolun əsassız tərtib olunmasını kamera görüntülərindən aydılaşdırasınız və DİN-binası yanına özünü təqdim etməyi bacaran, qayda pozuntusunun nədən ibarət olduğunu deməyin vəzifə borcu olduğunu anlayan digər təcrübəli və vəzifəsini bilən,mədəni, savadlı başqa bir zabit polislə əvəz edəsiniz.Digər xahişim isə budur ki, nazirin göstərişlərini xidməti vəzifəsini yerinə yetirərkən(müşəhidə kameralarının görüntüləri əsasında) nə qədər qanun pozuntuları barədə tədbir görməyi bacarmayan 2026 nömrəli Yol Patrul Xidməti əməkdaşı barədə tədbir görəsiniz. Məsələ ilə bağlı martın 29-da məhkəməyə müraciət edəcəyəm".
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Vətəndaş "Yol hərəkəti haqqında" qanunlardan xəbərsiz yol polisini məhkəməyə verəcək-Şikayət