BolgeXeber.Com » Xəbərlər » SHXÇDX-nin Şəmkir rayon şöbəsində vəziyyət gərginləşib

SHXÇDX-nin Şəmkir rayon şöbəsində vəziyyət gərginləşib

16-03-2015, 19:45
Oxunub: 4 961 SHXÇDX-nin Şəmkir rayon şöbəsində vəziyyət gərginləşibPolkovnik-leytenant Faiq Əmirovun fəaliyyətini nəzarətdə saxlamaq gərəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəmkir rayon şöbəsilə bağlı redaksiyamıza ilginc bilgilər daxil olduğundan sizləri də bu barədə məlumağlandırmaq istərdik. Beləliklə, hazırda Səfərbərlik Xidmətinin Şəmkir rayon şöbəsində özbaşınalıqların hökm sürdüyünü deyən mənbə iddia edir ki, adıçəkilən şöbənin rəisi polkovnik-leytenant Faiq Əmirov orduya yararlı gəncləri qeyri-qanuni yollarla hərbi xidmətdən yayındırır və bu zaman maraqlarını tam şəkildə təmin etməyə müvəffəq olur.

Faiq Əmirovun Şəmkir rayonuna təyinat alana qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, öz şəxsi mənafeyi naminə gəncləri «yarasız» etməklə böyük qanun pozuntuzuna yol verib: «Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində boşluqlar var və Faiq Əmirov bundan yararlanaraq şəxsi maraqlarını reallaşdırmağa çalışır. Yəni xidmətin Şəmkir rayon şöbəsində hərbi xidmətə yararlı gənclər «yarasız» kimi əsgərliyə getməkdən azad edilirlər. Onu da qey delim ki, Faiq Əmirov xidmətə göndərdiyi əsgərlərin bir qismi ilə bağlı hərbi hissələrdə müayinələr aparılarkən onların bəzilərinin vərəmli xəstə olması üzə çıxır. Bütün bunlar onu göstərir ki, bu gənclər, onların valideynləri Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin işçilərini «gəlib vaxtında görmədiklərindən» həmin gənclər yararsız halda olsalar belə, yararsız halda, zorla hərbi xidmətə göndərilirlər».

Mənbənin bildirdiyinə görə, SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi tabeçiliyində çalışan şəxslərə göstəriş verib ki, hərbi bilet sahibi olmaq istəyənlərlə «razılığa» gəlsinlər: «Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində «bazar» qanunları böyük önəm kəsb edir. Belə ki, həqiqi hərbi xidmətdən yaynmaq istəyən çağırışçı birbaşa rəisin qəbuluna düşməlidir. Və bundan sonra «danışıqlar» əsasında məsələ öz müsbət həllini tapa bilir. Bundan başqa, o da bir faktdır ki, son zamanlar polkovnik-leytenant Faiq Əmirovun rəhbərlik etdiyi şöbədə vəziyyət gərginləşməyə doğru gedir. Çünki son zamanlar Səfərbərlik Xidmətinin Şəmkir rayon şöbəsinin rəisilə onun tabeçiliyində çalışan şəxslər arasında bir neçə dəfə qarşıdurma baş verib. Bunun isə sonda ciddi fəsadlara yol aça bilər. Odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Faiq Əmirovun fəaliyyətini nəzarətdə saxlasa daha məqsədəuyğun olar».gundelik-baku

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.