Azərbaycanda kişilər də atalıq məzuniyyətinə çıxacaq
19-03-2015, 19:23
Oxunub: 2 043
Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara 3 yaşına çatmamış uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Trend"ə bildirib ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə əsas yük konkret olaraq qadının üzərinə düşür: “Ölkəmizdə bu sahədə kifayət qədər hüquqi baza var. “Gender bərabərliyinin təminatları haqqında” qanunda gender bərabərliyinin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının ailə öhdəliyi olan işçilərin təminatları ilə bağlı Konvensiyası da mövcuddur”.
S.Qəhrəmanova bildirib ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.
Komitə rəsmisinin sözlərinə görə, bəzən ailə iqtisadi cəhətdən çətinlik çəkəndə qadın analıq məzuniyyətini yarımçıq kəsərək yenidən işə qayıdır.
S.Qəhrəmanova hesab edir ki, kişilərə qadına kömək məqsədilə verilən məzuniyyət ödənişli olarsa və işə qayıdan qadınlara da 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənişin verilməsi davam edərsə, yaxşı olar.
Qeyd edək ki, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm