Nizami Cəfərov federasiya prezidenti oldu - Foto
20-03-2015, 19:54
Oxunub: 2 448
Azərbaycanlı deputat Dünya Alpaqut Federasiyasına yeni prezident seçilib
Azərbaycanda Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyası uluslararası idman təşkilatının növbədənkənar toplantısı keçirilib.
Toplantıda Dünya Alpaqut Federasiyası İdarə Heyətinin tərkibi aşağıdakı kimi müəyyən olunub: Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faik Məmmədov, Arzu Eyvazova, Anar Xəlilov, Elnur Eltürk (Hüseyn), Əkbər Qoşalı (Yolçu), Vasif Namazov.
Alınan qərarlara əsasən, Atatürk Mərkəzinin müdiri, MM-nin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni prezidenti seçilib (Qurumun bundan öncəki prezident, iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti kimi təsdiq olunub).
Toplantıda yeni daxili əsasnamə, eləcə də federasiyanın yeni icra strukturu formalaşıb.
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.12.2014–cü ildə, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Alpaqut döyüş sənəti sistemlərinin qurucusu və təşkilatın ideya müəllifi, uluslararası dərəcəli idman üstası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif İmran oğlu Namazovdur. Federasiyanın Azərbaycan, Almaniya, Avstraliya, Amerika, Gürcüstan, Türkiyə, Rusiya (Başqurdistan, Moskva, Yekatirinburq üzrə), Özbəkistan, İran, Çexiya, Ukrayna üzrə rəsmi nümayəndəlikləri var.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm