10 nəfər evə basqın etdi: evdəkiləri döyüb 18 yaşlı qızı qaçırdılar - (Foto)
24-03-2015, 14:26
Oxunub: 6 707
Gədəbəydə görünməmiş qız qaçırma hadisəsi baş verib.
Bu barədə qaçırılan qızın atası Füzuli Aslanov ans-ə məlumat verib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb.
Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşı tamam olmayan qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail olmayıblar.
Füzuli Aslanov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Hadisə barədə polisə məlumat verilib.
Gədəbəy rayon polis şöbəsinin müstəntiqi Şair Rzayev bildirib ki, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb.
“Araşdırmalar zamanı məlum olub ki, qızı Vüsal adlı şəxs evlənmək məqsədilə qaçırıb. Hələlik həmin şəxslə danışmaq mümkün olmayıb. Hadisə araşdırılır”- deyə Şair Rzayev bildirib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər